hia.az

Muğam müsabiqəsinin finalı Şuşada KEÇİRİLƏCƏK

137 dəfə baxılıb 30-07-2022, 14:58

Muğam müsabiqəsinin finalı Şuşada KEÇİRİLƏCƏK


VIII Muğam Televiziya Müsabiqəsinin finalı Şuşada keçiriləcək.

Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyi və AzTV-nin təşkilatçılığı ilə keçirilən final avqustun 5-də baş tutacaq.

Avqustun 6-da isə Cıdır düzündə Muğam Televiziya Müsabiqəsinin qala konserti keçiriləcək. Konsertdə indiyə kimi keçirilən 8 muğam televiziya müsabiqəsi qaliblərinin ifaları səslənəcək. Çıxışlar illər üzrə duet şəklində təqdim olunacaq.

Qeyd edək ki, müqabiqənin seçim turları regionları əhatə etməklə aprelin 9-dan başlayıb. Yarışma isə mayın 10-dan start götürüb. Müsabiqə həftədə 2 dəfə olmaqla Azərbaycan Televiziyasının canlı efirində 15 həftə ərzində yayımlanıb.

Muğam Televiziya Müsabiqəsi 2005-ci ildən etibarən təşkil olunur. Builki müsabiqədə azyaşlı iştirakçılar da iştirak edib. Final gecəsində münsiflər heyətinin məşvərətindən sonra hər iki qrup üzrə qaliblər elan olunacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi