hia.az
hia.az

FHN əməliyyat görüntülərini yaydı - Video

176 dəfə baxılıb 13-07-2022, 14:44

FHN əməliyyat görüntülərini yaydı - Video


Fövqəladə Hallar Nazirliyi (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında aidiyyəti qurumlar tərəfindən bayramla əlaqədar qeyri-iş günlərində ümumilikdə 405 yanğına çıxış olub.

Son dörd gündə 34 köməksiz vəziyyətdə qalma və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən bayram günləri ərzində 5-i azyaşlı olmaqla 40 nəfər, o cümlədən çimərkən batma təhlükəsi ilə üzləşən 10 nəfər və intihara cəhd edən 1 nəfər xilas edilib. Yanğınlar zamanı 1 nəfər xəsarət alıb, 1 nəfər tüstüdən zəhərlənib. Həmçinin, bağlı qapı arxasında aşkar olunan 2 nəfərin və suda batan 5 nəfərin meyitləri çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi