hia.az
hia.az

Tahir Əmiraslanov kitablarını yandırmasının səbəbini açıqladı

97 dəfə baxılıb 7-07-2022, 15:10

Tahir Əmiraslanov kitablarını yandırmasının səbəbini açıqladı


Azərbaycan Milli Kulinariya Mərkəzinin keçmiş direktoru Tahir Əmiraslanovun kitablarını yandırması ilə bağlı paylaşımı müzakirələrə səbəb olub. Onun paylaşımına yüzlərlə şərh gəlib.

illərdir yığdığı kulinariyaya aid yüzlərlə kitabı yandırıb görüntülərini öz feysbuk hesabında paylaşan eks-direktor bunun səbəblərini belə izah edib: “Dostlar, bəzi kitablarımı yandırmağımla bağlı yüzlərlə rəy gəlir. Müxtəlif yozumları qarşılamaq üçün səbəbini açıqlayıram:

1. İnsanlarımızın kitab oxumamalarına və bununla ölkəmizi geri çəkmələrinə etiraz edirəm.

2. "National Geographic" kimi böyük bir resursda mətbəximiz təhrif edilir. Mətbəxi qorumaq üçün yaradılmış qurum bunu təkzib etmir, cavablandırmır. Buna etirazımı bildirirəm. Bunları yozmaq lazım deyil”.

Xatırladaq ki, Tahir Əmiraslanov paylaşdığı fotoya bu şərhi vermişdi: “Hər dəfə əsəbiləşəndə kitabların və arxivin bir hissəsini töküb yandırıram. Həm əsəblərim sakitləşır, həm ev boşalır, həm ağcaqanadlar uzaqlaşır. Kitablar, diplomlar və sairə yaxşı yanır. Mən bunları Milli Mətbəx Muzeyinə qoymaq üçün toplayırdım. Ölkəmə lazım olmayan şeylərin üstündə niyə əsməliyəm ki?”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi