hia.az
hia.az

Sahibə Qafarova Qırğızıstan Prezidenti ilə görüşüb

149 dəfə baxılıb 24-06-2022, 17:29

Sahibə Qafarova Qırğızıstan Prezidenti ilə görüşüb


İyunun 24-də Qırğızıstan Respublikasının Çolpon-Ata şəhərində bu ölkənin Prezidenti Sadır Japarov Türk PA-nın XI iclasında iştirak edən parlament nümayəndə heyətlərinin rəhbərləri ilə görüşüb.

Milli Məclisdənverilən məlumata görə, görüşdə parlamnetin sədri, Azərbaycan nümayəndə heyətinin başçısı Sahibə Qafarova iştirak edib.

Spikerləri səmimiyyətlə salamlayan Sadır Japarov ölkəsinin Türk PA çərçivəsində əməkdaşlığa və bu təşkilatın fəaliyyətinə böyük əhəmiyyət verdiyini bildirib.

Görüşdə Türk PA-nın əldə etdiyi nailiyyətlər yüksək qiymətləndirilib, təşkilatın gələcək fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, Çolpon-Ata şəhərində keçirilən Türk PA-nın XI iclası təşkilatın gələcək inkişafına, qurum çərçivəsində əməkdaşlığın genişləndirilməsinə öz töhfəsini verəcək.

Sahibə Qafarova Qırğızıstan Prezidenti ilə görüşüb


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi