hia.az
hia.az

DTX-nin əməliyyatı nəticəsində saxlanılan yüksək vəzifəli şəxsin kimliyi bilindi

171 dəfə baxılıb 21-06-2022, 11:58

DTX-nin əməliyyatı nəticəsində saxlanılan yüksək vəzifəli şəxsin kimliyi bilindi


Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində saxlanılan yüksək vəzifəli şəxslərdən birinin kimliyi məlum olub.

Onlardan birinin Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” birliyinin direktoru vəzifəsində çalışan gömrük general-mayoru Ehtiram Xəlilov olduğu bildirilir.

Qeyd edək ki, Ehtiram Xəlilov daha əvvəl Aksiz Baş Gömrük idarəsinin rəisi vəzifəsində çalışıb. Ondan əvvəl isə Sumqayıt gömrüyünə rəhbərlik edib.

Əməliyyatın təfərrüatı barədə yaxın saatlarda rəsmi açıqlamanın veriləcəyi gözlənilir.

Bakupost.az


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi