hia.az
hia.az

17 yaşlı qızı xilas edərkən yaralanan gömrükçü evə buraxıldı

207 dəfə baxılıb 13-05-2022, 12:55

17 yaşlı qızı xilas edərkən yaralanan gömrükçü evə buraxıldı


Mayın 3-də özünü binadan atan 17 yaşlı Xumar Babayevanı xilas etmək istəyərkən ağır xəsarətlər alan Dövlət Gömrük Komitəsinin əməkdaşı olan Zahid Niyazov xəstəxanadan evə buraxılıb.

Bu barədə Zahid Niyazov özü məlumat verib.

Onun sözlərinə görə, artıq ev şəraitində müalicə olunur:

“Çəkdiyim ağrı-acıya görə peşman deyiləm. Əfsuslar olsun ki,17 yaşlı Xumar balanı xilas edə bilmədim. Buna görə çox üzülürəm və məyus oluram. Xumar balanın valideyinlərinə başsağlığı verirəm, məkanı cənnət olsun”.

Qeyd edək ki, X.Babayeva 245 nömrəli tam orta məktəbin şagirdi olub. Onun intiharı ilə bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi