hia.az
hia.az

Şirkətlə universitet arasında qalmaqal: ziyanı tələbələr çəkir

282 dəfə baxılıb 11-04-2022, 17:51

Şirkətlə universitet arasında qalmaqal: ziyanı tələbələr çəkir


Bakı Mühəndislik Universitetinin tələbələri marşrut problemi yaşayır. Tələbələrin dediklərinə görə, universitetlə “Xaliq Faiqoğlu” şirkəti arasında yaranan anlaşmazlığa görə universitetin qarşısındakı dayanacaq götürülür. Tələbələr marşruta minmək üçün uzun məsafə getməli olacaqlar. Problem isə marşrut sürücülərinin çay içmək, maşınları yumaq üçün istifadə etdiyi suyun universitetə aid olmasıdır.

Bu barədə Axar.az-a açıqlama verən “Xaliq Faiqoğlu” şirkətinin mətbuat katibi Nizam Rzayev bildirib ki, şirkətin istismarında olan 135 və 199 saylı marşrut xətlərinin son dayanacaq məntəqəsi Bakı Mühəndislik Universitetinin qarşısında yerləşir:

“Geridə qalan müddət ərzində şirkət tərəfindən ərazidəki dayanacaq abadlaşdırılıb, asfalt örtüyü çəkilib, sürücülərin istirahəti üçün şərait yaradılıb. Lakin bir neçə gün əvvəl məlum olmayan səbəblərdən universitet tərəfindən dayanacağa gələn elektrik və su xəttləri kəsilib, həmçinin sürücülərin orada cəmləşməməsi ilə bağlı xəbərdarlıq edilib”.

Onun sözlərinə görə, yaranmış anlaşılmazlıq tezliklə aradan qaldırılacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi