hia.az
hia.az

Bu gün güclü külək əsəcək

152 dəfə baxılıb 4-04-2022, 10:45

Bu gün güclü külək əsəcək


Aprelin 4-ə olan hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidməti xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi səhər güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 10-13° isti, gündüz 14-16° isti, Bakıda gecə 11-13° isti, gündüz 14-16° isti olacaq.

Atmosfer təzyiqi 753 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət 50-60% olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşama doğru bəzi şimal rayonlarında yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq. Havanın temperaturu gecə 9-14° isti, gündüz 22-27° isti, dağlarda gecə 5-10° isti, gündüz 12-17° isti olacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi