hia.az
hia.az

Xaricdə internatura oxuyan tibb işçilərinə ölkədə çalışmaq üçün imkan yaradılmalıdır - ÇAĞIRIŞ

160 dəfə baxılıb 31-03-2022, 11:56

Xaricdə internatura oxuyan tibb işçilərinə ölkədə çalışmaq üçün imkan yaradılmalıdır - ÇAĞIRIŞ

Xarici ölkələrdə klinik ordinatura və internatura təhsili almış bir qrup həkim dünən Səhiyyə Nazirliyinin qarşısında etiraz aksiyası keçirib. Həkimlər Azərbaycanda işlə təmin olunmamalarına etirazlarını bildirib. Səhiyyə Nazirliyinin məsələyə reaksiyası gecikməyib. Nazirlikdən "Report"a verilən məlumata görə, qurumun nümayəndələri həmin şəxsləri qəbul edib və onların müraciətləri dinlənilib.

“Müraciət həmin həkimlərin aldıqları klinik ordinatura və internatura təhsilinə əsasən tibb fəaliyyəti ilə məşğul olmalarına icazə verilməsi ilə bağlı olub. Bildirilib ki, Səhiyyə Nazirliyi məsələnin tənzimlənməsi üçün normativ hüquqi akt layihəsi hazırlayıb və razılaşdırılması üçün Təhsil Nazirliyinə təqdim edib. Müraciət edən həkimləri prosesin gedişatı ilə mütəmadi olaraq məlumatlandırmaq üçün əlaqə nömrələri götürülüb. Hər bir mərhələ barədə onlarla əlaqə saxlanılacaq", - nazirlikdən qeyd olunub. Dia.az-ın məlumatına görə, məsələ ilə bağlı “Şərq”ə danışan həkim-terapevt Şahvələd Məmmədov qeyd etdi ki, o özü tibb təhsilini Gürcüstanda alıb, lakin klinik ordinaturanı Bakıda keçib:

- Bu həkimlər Azərbaycan vətəndaşıdırlarsa, əlbəttə, işlə təmin edilməlidirlər, onların ölkədə çalışmasına şərait yaradılmalıdır. Klinik ordinatura təhsili 1-2 illik olur, internatura müddəti isə 1 ildir. Bu müddət başa çatanda hər bir həkim işləmək, qazandığı bilikləri təcrübədə tətbiq etmək istəyir.

Burada problem qanundakı bəzi boşluqlardır. Səhiyyə Nazirliyi də bildirir ki, normativ hüquq akt layihəsi hazırlanır.

Qaydalar tez-tez dəyişdiyindən boşluqlar yaranır və qərar vermək üçün mövcud hüquqi baza kifayət etmir. Yeni qaydaların təsdiqinə ehtiyac yaranır. Ümid edək ki, bu problem tezliklə həllini tapar.

Xarici ölkələrdə tibb təhsili almış vətəndaşlarımız da burada müvafiq işlə təmin edilər. Yüksək tibb təhsili almış həkimlərin potensialından düzgün istifadə edilməlidir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi