hia.az

Bakıda qadın yaşadığı evdə QƏTLƏ YETİRİLDİ

231 dəfə baxılıb 24-02-2022, 14:09

Bakıda qadın yaşadığı evdə QƏTLƏ YETİRİLDİ

Bakıda qətl törədilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, fevralın 23-də saat 11 radələrində Xəzər rayonu ərazisində yaşadığı evdə Sevinc Cəfərovanın kəsici-deşici alətlə aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla təqsirli şəxsin (şəxslərin) müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi