hia.az
hia.az

Azərbaycanlı deputatlara etiraz edən ermənilər SAXLANILDI - VİDEO

207 dəfə baxılıb 23-02-2022, 14:30

Azərbaycanlı deputatlara etiraz edən ermənilər SAXLANILDI - VİDEO


Ermənistanın Gənclər Birliyinin 20-yə yaxın üzvü azərbaycanlı deputatların İrəvana səfərinə etiraz edib.

Etirazda polislərlə gənclər arasında qarşıdurma yaranıb. Bu zaman 20-yə yaxın erməni polis tərəfindən saxlanılıb.

Bu barədə vəkil Sergey Arutyunyan yerli KİV-lərdən birinə müsahibəsindəbildirib. Arutyunyan onu da qeyd edib ki, saxlanılan gənclərə qarşı xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb. Onların hamısı susmaq hüququndan istifadə edərək ifadə verməkdən imtina ediblər.

Aksiya zamanı bir jurnalistində saxlanıldığı bildirilib.

Qeyd edək ki, ötən gün Ermənistanın paytaxtı İrəvanda AVRONEST Parlament Assambleyasının komitə iclasları keçirilib. Tədbirdə Milli Məclisin deputatları, AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin üzvləri Tahir Mirkişili və Soltan Məmmədov iştirak edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi