hia.az
hia.az

Azərbaycanda daha bir yüksək rütbəli hərbçi həbs edildi

266 dəfə baxılıb 17-02-2022, 19:29

Azərbaycanda daha bir yüksək rütbəli hərbçi həbs edildi

Azərbaycan Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov həbs olunub.

Bakı Hərbi Məhkəməsində Müdafiə Nazirliyində maliyyə pozuntularının aşkarlanması ilə bağlı Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov barəsində həbs qətimkan tədbirin seçilməsi üçün istintaq orqanının təqdimatına baxılıb.

Hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib, C. Kazımov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

C. Kazımov 1 milyon manatdan çox mənimsəmədə ittiham edilir.

Qeyd edək ki, bir neçə gün əvvəl Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin şöbəsi rəisi Rafael Xəlilov, “N” hərbi hissənin maliyyə şöbəsinin rəisi Fəzail Əliyev, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və maliyyə idarəsinin zabiti Əlizadə Vüsal Ədalət oğlu saxlanılıb. Onların barəsində Bakı Hərbi Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

Ümumi zərərin 10 milyon manatdan çox olduğu bildirilir. (Apa)


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi