hia.az

Nəcməddin Sadıkov qəza törətdi - FOTO

286 dəfə baxılıb 16-02-2022, 17:46

Nəcməddin Sadıkov qəza törətdi - FOTO

Azərbaycan Silahlı Qüvvələrinin sabiq Qərargah rəisi, ehtiyatda olan general-polkovnik Nəcməddin Sadıkov Bakıda qəza törədib.

Parlamentinsesi.az Bakupost.az-a istinadən xəbər verir ki, hadisə dünən Mikayıl Müşfiq küçəsi 10-da baş verib.

Belə ki, “Land Cruiser” markalı, 90 AS 020 nömrəli avtomobili idarə edən N. Sadıkov qarşıdakı “Toyota Prius” markalı maşını vurub.

Həmin avtomobil də qabağındakı digər maşına çırpılıb. Hadisə yerinə Dövlət Yol Polis İdarəsinin əməkdaşları gəlib.

N. Sadıkov sonradan hadisə yerinə öz köməkçisini çağırıb. Şahidlərin sözlərinə görə, o, maşından 10 min dollar pul götürərək köməkçisinə uzadıb və dəyən ziyanın ödənilməsi ilə bağlı tapşırıq verib.
Nəcməddin Sadıkov qəza törətdi - FOTO

Nəcməddin Sadıkov qəza törətdi - FOTO


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi