hia.az
hia.az

Rusiya ABŞ-a XƏBƏRDARLIQ ETDİ

232 dəfə baxılıb 28-01-2022, 16:35

Rusiya ABŞ-a XƏBƏRDARLIQ ETDİ

“Vaşinqtonun Moskvaya qarşı yeni sanksiyalar paketi tətbiq etməsi ABŞ və Rusiya arasında münasibətləri kəsməyə bərabər olacaq”.

Parlamentinsesi.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalistlərə açıqlamasında deyib.

“Bu barədə bir neçə dəfə deyilib”, - o bildirib.

S.Lavrova Rusiyanın ABŞ və NATO ilə apardığı müzakirələrə də toxunub.

“ABŞ və NATO ilə danışıqların başa çatdığını deyə bilmərəm. Hazırda Şimali Atlantika Alyansı ilə razılaşmada əldə olunmuş sadə təkliflər öyrənilir”, - nazir söyləyib.

Qeyd edək ki, bundan əvvəl ABŞ dövlət katibinin müavini Viktoriya Nuland bildirib ki, ABŞ Rusiya ilə ikitərəfli formatda, həmçinin NATO və ATƏT platformalarında danışıqları davam etdirməyə hazırdır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi