hia.az
hia.az

"Səfər Mehdiyevin müsahibəsi sosial şəbəkə istifadəçiləri tərəfindən kontekstdən çıxarılıb" - DGK

247 dəfə baxılıb 14-12-2021, 19:11

[medium]http://problemlertv.az/uploads/posts/2021-12/1639483860_5bef18efb6305_sefer.jpg[/medium]

"Bir neçə gün bundan öncə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin kütləvi informasiya vasitələrinə verdiyi müsahibədə səsləndirilən bəzi fikirlər sosial şəbəkə istifadəçiləri tərəfindən kontekstdən çıxarılmaqda, yanlış şərhlərlə fərqi məcralara yönləndirilməkdədir".

Bu barədə DGK-nın mətbuat xidməti məlumat yayıb.

"Bu müsahibədən bir hissəni xüsusi qabardan bəzi saytlar və “sosial şəbəkə qəhramanları” reytinq xatirinə Milli Məclisin bütün deputatlarını hədəf alır, hətta bəziləri daha irəli gedərək ölkənin ali qanunverici orqanının ünvanına əsassız şər və böhtan xarakterli fikirlər səsləndirirək manipulyasiya edirlər.

Belə ki, açıqlamada Nazirlər Kabinetinin 305 saylı qərarına ötən ilin avqust ayında edilən dəyişikliklərin iqtisadi əsasları izah olunur, bu qərarın faydalarından, dəyişikliklərə qarşı bir neçə millət vəkilinin haqsız tənqidlərdən bəhs edilir və artıq bu günün real mənzərəsində keçmişdə qalan bu kimi məsələlərin həll olunduğu vurğulanır. Onu da qeyd edək ki, aradan keçən müddət ərzində cəmiyyətin bütün təbəqələri dəyişikliklərin zəruriliyi, faydaları barədə ətraflı məlumatlandırılıb və sui-istifadə halları aradan qaldırılaraq elektron ticarətin qanunvericiliyə uyğun şəkildə həyata keçirilməsi təmin edilib. Dövlət Gömrük Komitəsi daima Milli Məclisin deputatlarının gömrük orqanlarının fəaliyyəti ilə bağlı səsləndirdiyi fikirlərə hörmətlə yanaşır, verilən təklifləri dəyərləndirir, haqlı iradları qəbul edir", - deyə məlumatda qeyd olunub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi