hia.az
hia.az

"Qarabağdan söz düşəndə başımı aşağı salırdım" - Şəhid kapitanın atası

231 dəfə baxılıb 1-12-2021, 17:33

"Qarabağdan söz düşəndə başımı aşağı salırdım" - Şəhid kapitanın atası

"Ən böyük bəla bala dağıdır. Bu gün oğlum başımı uca elədi. Mən oğlumla fəxr edirəm".

Bu fikirləri Dövlət Sərhəd Xidmətinin şəhidi kapitan Xəyyam Əliyevin atası Əlixan Əliyev vida mərasimində deyib.

"Biz hamımız axirət günü bu şəhidlərə qibtə edəcəyik. Çünki onlar axirəti qazandılar. Mən ana-bacılarımdan xahiş edirəm ki, şəhidlərimiz üçün ağlamasınlar. Vətənimiz sağolsun, Prezidentimiz sağ olsun ki, 30 illik qara ləkəni üstümüzdən sildilər.

Dünyanın bir çox ölkələrində olmuşam, Qarabağdan söz düşəndə başımı aşağı salırdım. İndi fəxr edirəm. Bunu sadəcə ürəkdən anlamaq lazımdır. Mənim balam şəhid oldu. Bu gün mənə təsəlli verən onun şəhidliyidir. Allah bütün şəhidlərimizə rəhmət eləsin, valideynlərə də səbr versin. Sözlərimi Mikayıl Müşfiqin şeri ilə bitirmək istəyirəm:

Vətən üçün yaşayan,

Vətən üçün ölən,

Səmimi bir insan nə bəxtiyardır".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi