hia.az

Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib

0 dəfə baxılıb Bu gün, 16:45

Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib


Türkiyədə meşə yanğınları ilə mübarizəyə cəlb olunan texnika və şəxsi heyətin sayı artırılıb.

Antalya, Muğla və Balıkesir vilayətlərində davam edən meşə yanğınlarının qarşısının alınması üçün havadan və qurudan müdaxilələr davam etdirilir.

Muğlanın Seydikemer rayonunda yanğından mühafizə tədbirləri çərçivəsində ümumilikdə 202 nəfər təxliyə olunub.

Yanğınla mübarizəyə 741 nəfərlik heyət, 5 təyyarə, 18 helikopter, 88 yanğınsöndürən maşın və digər zəruri texnika cəlb edilib.

Antalya və Balıkesir şəhərlərində də meşə yanğınları ilə mübarizə üçün müxtəlif təyinatlı texnika və şəxsi heyət ərazidə xidmət göstərir. Antalya–Seydikemer avtomobil yolu müvəqqəti olaraq bağlanıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi