hia.az

İlham Əliyev Berdiməhəmmədova Füzulidə hədiyyə etdiyi məscidə görə təşəkkürünü ifadə edib

22 dəfə baxılıb 22-06-2026, 14:36

İlham Əliyev Berdiməhəmmədova Füzulidə hədiyyə etdiyi məscidə görə təşəkkürünü ifadə edib

Azərbaycan Prezidenti İlham Əliyev Füzuli şəhərinə məscid hədiyyə etdiyinə görə Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədova və Türkmənistana minnətdarlığını bildirib.

Azərbaycanda səfərdə olan Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla geniştərkibli görüşdə danışan İlham Əliyev bununla bağlı qərarın ötən il Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri çərçivəsində qəbul edildiyini və onun təməlinin Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilmiş Zirvə Görüşü çərçivəsində qoyulduğunu xatırladıb.

Prezident İlham Əliyev Türkmənistan tərəfindən bu məscidin hədiyyə edilməsini ölkələrimiz arasında səmimi qardaşlıq münasibətlərinin daha bir nümayişi olduğunu deyib.

Sərdar Berdiməhəmmədov Füzulidə məscid tikintisinə də toxunaraq, bu təşəbbüsün iki xalq arasında dostluğun və qardaşlığın rəmzi olduğunu qeyd edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi