hia.az
hia.az

Şuşada "Qorqud Ata" Türk Dünyası Film Festivalı keçiriləcək - VİDEO

247 dəfə baxılıb 13-11-2021, 15:31

Şuşada "Qorqud Ata" Türk Dünyası Film Festivalı keçiriləcək - VİDEO

Şuşada "Qorqud Ata" Türk Dünyası Film Festivalı keçiriləcək.

Bu barədə məlumatı Azərbaycanın Mədəniyyət naziri Anar Kərimov verib.

Nazir festival barədə Türkiyədə keçirilən "Qorqud Ata" Türk Dünyası Film Festivalının bağlanış və mükafatlandırma mərasimi zamanı bildirib:

"Bu festivalın çox böyük önəmi var. Festival ortaq tariximizi, adət-ənənələrimizi, mədəniyyətimizi, dəyərlərimizi tək türk dünyasında deyil, eyni zamanda beynəlxalq səviyyədə tanıdılmasına böyük vasitə olacaq. Bu səbəbdən də belə təşəbbüsün həyata keçirilməsinə görə, hamınıza təşəkkürümü bildirirəm. Festivala uğurlar arzu edirəm. Hər birinizi 2023-ci ildə Şuşada - Qarabağımızda gözləyirik. Yaşasın türk dünyası, yaşasın birliyimiz".

Qeyd edək ki, festival çərçivəsində Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Azərbaycan, Türkmənistan, Macarıstan, Saxa Respublikası, Tatarıstan, Qaqauziya, İran, Ukrayna və digər ölkələrdən olan kinorejissorların filmləri təqdim olunub. Festivalın ilk günü Atlas 1948 Cinema, Emek Cinema, Tarık Zafer Tunaya Mədəniyyət Mərkəzi və İstanbul Universiteti Ünsiyyət Fakültəsi kinoteatrlarında film nümayişləri ilə başlayıb. Bu gün isə Atatürk Mədəniyyət Mərkəzində keçirilən möhtəşəm mükafatlandırma mərasimi ilə yekunlaşıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi