hia.az
hia.az

Anar Quliyev Xankəndidə vətəndaşları qəbul edəcək

9 dəfə baxılıb 25-02-2026, 17:13

Anar Quliyev Xankəndidə vətəndaşları qəbul edəcək

Martın 6-da, saat 10:00-da Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Xankəndidə bu şəhərin, eləcə də Xocalı və Ağdərə rayonlarının sakinlərini qəbul edəcək.

Qəbul Komitənin səlahiyyətləri daxilində vətəndaşları narahat edən məsələlərin həlli məqsədilə keçiriləcək.

Vətəndaşlar yazılı formada Komitənin sosial şəbəkələrdəki rəsmi səhifələri, office@arxkom.gov.az elektron poçt ünvanı, həmçinin http://arxkom.gov.az rəsmi internet səhifəsində müraciət formasını dolduraraq qəbula yazıla bilərlər.

Bununla yanaşı, qəbul üçün (+994 12) 597 00 47; (+994 12) 595 13 50 nömrəli telefonlar (daxili nömrə: 578, 599, 163) vasitəsilə də şifahi formada müraciət etmək mümkündür.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi