hia.az
hia.az

Bu Fərmanın icra müddəti başa çatıb

2 dəfə baxılıb Bu gün, 12:27

Bu Fərmanın icra müddəti başa çatıb

“Qeyri-yaşayış təyinatlı bəzi tikili obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Prezidentinin Fərmanının icra müddəti artıq başa çatıb, uzadılması gözlənilmir”.

Bunu Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin sədri Nigar Alimova 2025-ci il ərzində görülmüş işlər və qarşıda duran hədəflər mövzusunda keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, bundan sonra həmin mexanizmlə yeni müraciətlər qəbul edilməyəcək: “14 iyun 2023-cü il tarixli 2149 nömrəli sözügedən Fərman çərçivəsində sahibkarlara və vətəndaşlara qeyri-yaşayış təyinatlı tikililərin istismarına icazə verilməsi və mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi üçün müəyyən müddət ərzində imkan yaradılmışdı. Fərmanın qüvvədə olma müddəti başa çatıb və artıq bu mexanizm üzrə müraciətlər qeydə alınmır”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi