hia.az
hia.az

Azərbaycan Zəngəzur dəhlizində pay sahibi olacaq?

14 dəfə baxılıb 23-01-2026, 09:58

Azərbaycan Zəngəzur dəhlizində pay sahibi olacaq?

Azərbaycan TRİPP layihəsində (Zəngəzur dəhlizi) pay sahibi ola bilər.

Bu barədə "Şərəfim var" fraksiyasının rəhbəri Hayk Mamicanyan deyib.

O, Azərbaycan Dövlət Neft Fondu ilə bir neçə Amerika təşkilatı arasında bağlanmış müqaviləyə istinad edərək yazıb ki, TRIPP layihəsi Azərbaycan kapitalı ilə maliyyələşdirilə bilər.

Azərbaycan Neft Fondu Davos Forumunda Brookfield Asset Management, BlackRock və GIP ilə uzunmüddətli strateji tərəfdaşlıq müqavilələri imzalayıb. İnfrastrukturun inkişafı və logistika da daxil olmaqla, əməkdaşlıq nəzərdə tutulur.

"TRIPP layihəsinin bir hissəsi olaraq inkişaf hüquqlarını alacaq Amerika şirkətindəki 74%-lik payını əldə etmək üçün Azərbaycanın bu mexanizmdən istifadə etməyəcəyinə dair hansı zəmanət var?", - deyə millət vəkili qeyd edib.

Xatırladaq ki, TRİPP layihəsində ABŞ şirkətləri 74%, Ermənistan isə 26% paya sahib olacaq.(Modern.az)


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi