hia.az
hia.az

Prezident: Xristian həmvətənlərimiz ümumi evimiz Azərbaycanın çiçəklənməsi naminə səylərini əsirgəmirlər

6 dəfə baxılıb 5-01-2026, 15:45

Prezident: Xristian həmvətənlərimiz ümumi evimiz Azərbaycanın çiçəklənməsi naminə səylərini əsirgəmirlər

Zəngin tolerantlıq ənənələri ilə tanınan Azərbaycanda bu gün hər kəs mədəni özünüifadə imkanlarına malikdir.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Milad bayramı münasibətilə Azərbaycanın pravoslav xristian icmasına ünvanladığı müraciətində deyilir.

Dövlət başçısı qeyd edib ki, dilindən, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq, ölkənin bütün vətəndaşlarına, o cümlədən xristian icmasına etnik-mədəni özünəməxsusluğunu qoruyub saxlamaq və daha da inkişaf etdirmək üçün hərtərəfli demokratik-hüquqi şərait yaradılıb:

"Təqdirəlayiq haldır ki, xristian həmvətənlərimiz ictimai-siyasi, sosial-mədəni həyatımızın bütün sahələrində yaxından iştirak edir, ümumi evimiz Azərbaycanın tərəqqisi və çiçəklənməsi naminə səylərini əsirgəmirlər".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi