hia.az
hia.az

Azərbaycan iqtisadiyyatı cüzi böyüyüb

23 dəfə baxılıb 12-03-2025, 14:30

Azərbaycan iqtisadiyyatı cüzi böyüyüb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 19 milyard 72,2 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 0,2 % çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. 

Son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,7 % azalıb, qeyri neft-qaz sektorunda isə 1,7 % artıb. 

ÜDM istehsalının 38,5 %-i sənaye, 10,1 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,9 %-i nəqliyyat və anbar təsərrüfatı, 4,6 %-i tikinti, 2,9 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,9 %-i informasiya və rabitə sahələrinin, 22 %-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 10,6 %-ni təşkil edib. 

2 ay ərzində əhalinin hər nəfərinə düşən ÜDM-in dəyəri 1 865 manat olub. 


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi