hia.az
hia.az

Ölümündən 26 il sonra reklam çarxında - Video

184 dəfə baxılıb 14-12-2024, 14:08

Ölümündən 26 il sonra reklam çarxında - Video

Daha çox “My Way” mahnısı ilə yaddaşlarda qalan və 20-ci əsrin ən böyük sənətçilərindən sayılan amerikalı müğənni və aktyor Frank Sinatra ölümündən 26 il sonra reklam çarxına “çəkilib”.

Bu reklam çarxı süni intellekt sayəsində ortaya çıxıb.

Belə ki, Frank Sinatranın qızı Tina Sinatra, hip- hop ulduzları Dr.Dre və Snoop Doggun çəkildiyi reklam çarxında süni intellektin yaratdığı Frank Sinatra obrazı da yer alıb.

76 yaşlı Tina Sinatra atasının görüntüsünün reklamda istifadə edilməsini bu sözlərlə şərh edib: “Zamansız sənət, əngəllərin dəf edilməsi və nəsillərarası əməkdaşlıq...”

Reklamda həmçinin 1990-cı ildə vəfat edən məşhur müğənni və aktyor Semmi Davisin süni intellekt surəti də əks olunub.

Qeyd edək ki, amerikalı müğənni Frank Sinatra 1998-ci ildə 83 yaşında dünyasını dəyişib.



XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi