hia.az
hia.az

“Dünyada iki lider qalıb, biri mən, digəri Putin” - Video

73 dəfə baxılıb 9-12-2024, 08:55

“Dünyada iki lider qalıb, biri mən, digəri Putin” - Video


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünyada yalnız iki liderin qaldığını bildirib.

Ərdoğan bu barədə Qaziantepdə gənclərlə görüşündə danışıb.

O, sözügedən liderlərdən birinin özünün, digərinin isə Rusiya Prezidenti Vladimir Putin olduğunu deyib. Ərdoğan fikrini uzun müddət hakimiyyətdə olmaqları ilə əsaslandırıb:

“Hazırda dünyada iki lider qalıb, mən və Putin. Bunu mən olduğum üçün demirəm, faktlara əsaslanaraq bildirirəm. 22 ildir hakimiyyətdəyəm. Putində də təqribən o qədərdir. Hazırda əlbəttə diplomatik proses davam edir. Ümid edirəm ki, bu dialoqları davam etdirə biləcəyik”.

Ərdoğan, həmçinin qeyd edib ki, Almaniya Kansleri Angela Merkel 2021-ci ildə postunu tərk etdikdə həmin ölkədə siyasət başa çatıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi