hia.az

Xalqdan üzr istəyib istefa verdi

78 dəfə baxılıb 4-12-2024, 15:22

Xalqdan üzr istəyib istefa verdi

Cənubi Koreyanın müdafiə naziri Kim Yong-Hyun ölkədə hərbi vəziyyətin elan olunmasından sonra yaranan vəziyyətə görə vətəndaşlardan üzr istəyib və istefa verib.

Bu barədə məlumatı “Yonhap” agentliyi yayıb.

Ölkə mediasının məlumatına görə, məhz Kim Yong-Hyun Prezident Yun Sok Yola ölkədə hərbi vəziyyət elan etməyi tövsiyə edib.

Xatırladaq ki, dünən Cənubi Koreya prezidenti ölkədə hərbi vəziyyət elan edib. Bundan sonra orduya paytaxta daxil olmaq və parlamenti mühasirəyə almaq əmri verilib. Lakin parlamentdə səsvermə ilə bütün bu qərarların ləğvi barədə qətnamə qəbul edilib. Sənədin lehinə 190 deputat səs verib. Bunun ardınca, Yun Sok Yol geri addım ataraq ölkədəki hərbi vəziyyəti ləğv edəcəyini açıqlayıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi