hia.az
hia.az

Türkiyə millisi şaxtaya görə bu gün oyuna çıxmayacaq?

41 dəfə baxılıb 14-10-2024, 11:36

Türkiyə millisi şaxtaya görə bu gün oyuna çıxmayacaq?

UEFA Millətlər Liqasının 4-cü turunun İslandiya - Türkiyə oyunu təxirə salına bilər.

Buna səbəb matçın keçiriləcəyi “Laugardalsvöllur” stadionunun meydançasının oyuna qədər donmaq təhlükəsidir.

Bildirilib ki, UEFA nümayəndələri məsələ ilə əlaqədar dünən İslandiya Futbol Federasiyasının nümayəndələri və meydançaya cavabdeh şəxslərlə iclas keçirib. Toplantıda təxirəsalınma ilə bağlı qərar verilməyib.

Lakin meydança bu gün yenidən yoxlanılacaq və UEFA oyunun təxirə salınıb-salınmayacağına dair qəti qərar verəcək.

Həmçinin qeyd olunub ki, “Laugardalsvöllur” stadionunda meydançanının isitmə sistemi yoxdur. Bu səbəbdən meydan donma təhlükəsinə qarşı müdafiəsizdir.

Xatırladaq ki, matçın Bakı vaxtı ilə saat 22:45-də başlaması nəzərdə tutumuşdu. Oyun təxirə salınarsa, oktyabrın 15-i baş tutacaq.

Qeyd edək ki, oyunun keçiriləcəyi Reykyavik şəhərində bu gün 4 dərəcə şaxta var


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi