hia.az

Sarayda şagird məktəb binasından yıxıldı

72 dəfə baxılıb 11-10-2024, 12:23

Sarayda şagird məktəb binasından yıxıldı

Abşeron rayonunda şagird məktəb binasından yıxılıb.

Hadisə Saray qəsəbəsində yerləşən 2 saylı orta məktəbdə qeydə alınıb.

Məktəbdə təhsil alan 8-ci sinif şagirdi Lalə Hüseynova (ad və soyad şərti) ilkin məlumata görə məktəb binasının üçüncü mərtəbəsindən ehtiyatsızlıq nəticəsində yerə yıxılıb.

Məktəbli ağır sınıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, xəsarət alan məktəbli Saray qəsəbəsindəki 1 nömrəli tam orta məktəbin şagirdidir. Həmin məktəb hazırda təmirdədir.(Qafqazinfo)


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi