hia.az

Arvadını təhdid edən kişi 15 sutkalıq həbs edildi

87 dəfə baxılıb 7-09-2024, 13:30

Arvadını təhdid edən kişi 15 sutkalıq həbs edildi

Bakıda qadın sərxoş həyat yoldaşından polisə şikayət edib.

41 yaşlı Elvin Quliyev (ad-soyadlar şərti) hadisə günü içkili vəziyyətdə evə gəlib.

İttihama görə, həyat yoldaşı Samirə onun davranışlarını qınayarkən, Elvin ona “səni öldürərəm ha”, - deyə cavab verib. Bu sözü eşidən kimi qadın birbaşa polis şöbəsinə qaçıb. Sərxoş ər onun arxasınca gəlib və cütlük şöbənin qarşısında da mübahisə edib.

Arvadının şikayətdən sonra Elvin saxlanılıb və əməli xırda xuliqanlıq kimi qiymətləndirlib.

Nizami Rayon Məhkəməsinin qərarı ilə Elvin 15 sutka inzibati qaydada həbs edilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi