hia.az
hia.az

Qayınanasını baltalayaraq qaçan gəlinin meyiti tapıldı

54 dəfə baxılıb 29-08-2024, 12:00

Qayınanasını baltalayaraq qaçan gəlinin meyiti tapıldı

Bir müddət əvvəl Daşkəsəndə qayınanasını baltalayaraq qaçan gəlinin meyiti tapılıb.

Səidə Həsənovanın meyiti qayınanasını baltaladığı evdən təxminən 500 metr uzaqda, kolluq ərazidə tapılıb.

Üzərində zorakılıq əlamətləri olmadığı üçün intihar etdiyi ehtimal edilir.

S.Həsənovanın meyiti iki-üç gün əvvəl aşkar edilsə də, dünən dəfn edilib.

Xatırladaq ki, hadisə 27 iyul tarixində baş verib. Belə ki, qayınanası Tahirə Qurbanovanı baltalayaraq hadisə yerindən qaçan gəlin S.Həsənova qadının oğlu Nofəl Qurbanovun üçüncü arvadı olub.

Hadisəyə səbəb kimi T.Qurbanovanın oğlunun evə həyat yoldaşı kimi gətirdiyi xanımı öz gəlini kimi qəbul etməməsi olub.

Məlumata görə, qayınana və gəlin tez-tez mübahisələr ediblər.

Kənd sakinlərinin sözlərinə görə, əli qana batmış gəlin kəndə bu il mayın sonlarında gəlibmiş.(Oxu)


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi