hia.az
hia.az

Azərbaycanda 600-dən çox bal toplayan iki nəfər ali məktəbə qəbul olmayıb

9 dəfə baxılıb 26-08-2024, 11:05

Azərbaycanda 600-dən çox bal toplayan iki nəfər ali məktəbə qəbul olmayıb

Bu il 600-dən çox bal toplayan iki nəfər ali təhsil müəssisələrinə qəbul olmayıb.

Bu barədə "Report"un sualını cavablandıran Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə universitetlərə qəbulun nəticələri ilə bağlı keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, həmin şəxslərdən biri I ixtisas qrupu üzrə yalnız ödənişsiz əsaslarla bir yer - Bakı Ali Neft Məktəbini seçib və qəbul olmayıb: "Əgər bundan əlavə digər ixtisas seçimləri etsəydi, qəbul ola bilərdi. Digər şəxs isə III ixtisas qrupu üzrə sırf Bakı Dövlət Universitetinin Hüquqşünaslıq ixtisasını ödənişsiz əsaslarla seçdiyindən qəbul ola bilməyib".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi