hia.az
hia.az

Azərbaycanda FETÖ ilə bağlı tutulanlardan birinə hökm oxundu

62 dəfə baxılıb 9-07-2024, 09:28

Azərbaycanda FETÖ ilə bağlı tutulanlardan birinə hökm oxundu


Azərbaycanda FETÖ-yə qarşı keçirilən əməliyyat zamanı həbs edilən Gümrah Əbdürəhmanovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Nərimanov Rayon Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Hakim Vüsal Qurbanov belə qənaətə gəlib ki, təqsirləndirilən şəxsə verilmiş ittiham məhkəmə istintaqı ilə sübuta yetirilib. Hökmə əsasən, G.Əbdürəhmanov 5 il 6 ay azadlıqdan məhrum edilib.

Prokuror ittiham nitqində müttəhimin 7 il həbsini tələb etmişdi.

Qeyd edək ki, rəsmi məlumata görə, G.Əbdürəhmanov FETÖ ilə bağlı yaradılmış təşkilatın maliyyə işlərinə cavabdeh olub. Ona və eyni iş üzrə həbs edilənlərə qarşı Cinayət Məcəlləsinin 204.1-ci (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) və 167.1-ci (dinə etiqad etməyə məcbur etmə) maddələri ilə ittiham elan edilib.(Qafqazinfo)


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi