hia.az
hia.az

İyulun əvvəlində MİQ imtahanları keçiriləcək - RƏSMİ

72 dəfə baxılıb 22-06-2024, 13:47

İyulun əvvəlində MİQ imtahanları keçiriləcək - RƏSMİ

Müəllimlərin işə qəbulu (MİQ) üzrə elektron ərizələrin qəbulu və emalı artıq bir neçə günə başa çatacaq.

Bunu "Report"a açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli deyib.

O vurğulayıb ki, növbəti həftə ərzində namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahanların keçiriləcəyi tarix və məkanla tanış ola biləcəklər: "İyul ayının ilk yarısında imtahanların keçirilməsi nəzərdə tutulur".

Şöbə müdiri vakant yerlərlə bağlı məsələyə də toxunub: "Təkrar sertifikatlaşdırılma imtahanından sonra işdən azad edilən müəllimlər olub. Eyni zamanda yeni tədris ilindən yeni fəaliyyətə başlayacaq məktəblər və siniflərlə bağlı hazırda tədqiqat aparılır. Müvafiq proqram təminatına artıq vakant yerlərin daxil edilməsi prosesinə başlanılıb. Test mərhələsi başa çatandan sonra vakant yerlər müəllimlərə təqdim olunacaq".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
MƏZƏNNƏ
 Valyuta məzənnəsi