hia.az
hia.az

Laçında "Malıbəy" KSES-in təməli qoyulub

94 dəfə baxılıb 1-06-2024, 13:49

Laçında "Malıbəy" KSES-in təməli qoyulub


Bu gün Laçın rayonunun Malıbəy kəndində eyniadlı kiçik su elektrik stansiyasının (KSES) təməli qoyulub.

Layihəni İqtisadiyyat Nazirliyinə məxsus "Azərbaycan İnvestisiya Şirkəti" ASC, Türkiyənin "Demirören Holding" və "Arges Enerji Teal" şirkəti birgə icra edir.

Stansiyanın Həkəri çayının qolu olan Zabux çayının üzərində, Avropa və Çin texnologiyaları əsasında inşa edilməsi planlaşdırılır.

Bugünkü KSES layihənin I mərhələsidir. II mərhələdə Laçın rayonunda "Qalaça-1", "Qalaça-2" və "Minkənd" KSES-lərin, III mərhələdə isə Kəlbəcər rayonunda "Tərtər-1" KSES-in tikilməsi nəzərdə tutulur.

İnşası 2025-ci ildə tamamlanacaq 5 KSES-in ümumi gücü 13,8 Mvt olacaq, onlar ildə 39,7 Qvt elektrik enerjisi istehsal edəcəklər. "Malıbəy" KSES isə 5,1 Mvt gücünə malik olmaqla ildə 14,57 Qvt elektrik enerjisi istehsal edəcək.

Layihənin ümumi dəyəri 25 milyon manat, stansiyaların istismar müddəti 30 ildir. Bu stansiyalarda 25 nəfər çalışacaq.




XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi