hia.az

Türk dövlətləri universitetləri ilə bağlı vahid qurum yaradılacaq

98 dəfə baxılıb 1-06-2024, 12:18

Türk dövlətləri universitetləri ilə bağlı vahid qurum yaradılacaq


“Türk dövlətləri universitetləri arasında tanınma problemini həll edəcək vahid qurum yaradılacaq”.

Bu fikirləri Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvar Şuşada jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Türk Dövlətləri Təşkilatı Təhsil Nazirlərinin VII iclasında konkret təkliflər irəli sürülüb: “Bu təkliflər üzv dövlətlərin gündəmə gətirdiyi məsələlərdir. Bu təkliflər sırasında ilk olaraq Türk dövlətlərinə üzv olan ölkələrin akademik məlumat bazasının yaradılmasıdır. Bu təklif ali təhsil müəssisələrinin məlumatlarının vahid mərkəzdə toplanmasını ehtiva edir”.

E.Özvar qeyd edib ki, beləliklə, üzv dövlətlər universitetlər haqqında dəqiq məlumatları əldə edə biləcəklər: “İkinci olaraq universitetlərin uyğunlaşdırma və tanınma prosedurları ilə məşğul olacaq ortaq bir qurumun yaradılması təklif edilib. Türk dünyasında universitetlər arasında birgə fəaliyyətlər mövcuddur. Eləcə də tələbə aktivliyi yüksək səviyyədə olsa da, bu sahədə tanınma ilə bağlı ciddi problemlər var. Bu problemləri həll edəcək bir qurumun yaradılması fikrini nazirlərlə birlikdə dəyərləndirdik. Üzv dövlətlərin hər birini təmsil edən nümayəndələr bu fikri müsbət qarşıladılar”.

E.Özvarın sözlərinə görə, Türk dövlətləri təşkilatına üzv olan dövlətlərin qəbul edəcəyi keyfiyyət təminatı agentliyinin olması vacibdir: “Biz də Türk dövlətləri olaraq keyfiyyət təminatının ümumi standartlarını müəyyən etməliyik. Bununla bağlı fəaliyyət göstərəcək agentliyin qurulması barədə fikrə bütün nümayəndələr müsbət rəy veriblər. Yekun qərara görə, bu təkliflərin həyata keçirilməsi üçün komissiyalar yaradılacaq və komissiyanın son rəyi ölkə rəhbərliklərinə aidiyyəti üzrə təqdim ediləcək”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi