hia.az

22 yaşlı Könülü boğazında naqillə basdırıblar... - Foto

114 dəfə baxılıb 15-05-2024, 12:01

22 yaşlı Könülü boğazında naqillə basdırıblar... - Foto

Təxminən 70 gün əvvəl itkin düşmüş və dünən Lənkəranda meyiti tapılan 22 yaşlı Könül Ağayeva tələbə imiş.

Nəşi Lənkəranda yaşayış olmayan evin zirzəmisində tapılan K.Ağayeva Azərbaycan Dövlət Pedoqoji Universitetinin Cəlilabad filialının Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının 4-cü kurs tələbəsi olub.

O da məlum olub ki, Cəlilabad rayon Muğan kənd sakini olan K.Ağayeva boğularaq qətlə yetirilib. Onun meyiti Lənkəran şəhəri Hacı Zeynalabdin Tağıyev küçəsində evin zirzəmisində basdırıldığı yerdən çıxarılarkən boğaz nahiyəsində naqil olub.

Hadisənin kim tərəfindən, hansı zəmində törədilməsi hələlik məlum deyil.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, ilkin məlumatlarda 22 yaşlı qızın işləmək məqsədilə Lənkərana gəldiyi, bu ilin martın 2-dən isə itkin düşdüyü bildirilib.




XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi