hia.az

1915-ci ildə ermənilərə deyil, türklərə qarşı soyqırımı törədildiyini sübut edən xəritələr üzə çıxıb

96 dəfə baxılıb 29-04-2024, 10:13

1915-ci ildə ermənilərə deyil, türklərə qarşı soyqırımı törədildiyini sübut edən xəritələr üzə çıxıb


Türklərin ermənilər tərəfindən kütləvi köçə və soyqırımına məruz qoyulmalarına dair xəritələr üzə çıxıb.

Bu barədə adanalı tarixçi və yazar Cezmi Yurtsever faktlar təqdim edib.

Onun sözlərinə görə, ermənilərin türkləri soyqırımına məruz qoymaları barədə Osmanlı arxivlərində materiallar var.

Qeyd olunub ki, əldə olunan xəritə 1915-ci ildə və ondan sonrakı dövrdə Qafqazda və Anadoluda türk xalqının kütləvi köçünü və qətliamlarını özündə əks etdirən sənəddir: “Yəni bu xəritə 1915-ci ildə türklərə qarşı soyqırımı həyata keçirildiyinin sənədidir”.

Tarixçi bildirib ki, son illərə qədər erməni diasporunun 1915-ci il hadisələrini ermənilərə qarşı soyqırımı kimi ictimailəşdirmək cəhdləri tarixin birtərəfli yozulması və təhrif olunmasıdır: “Odur ki, Osmanlı arxivlərində tapdığım tarixi faktları bütün dünya tarixçilərinin diqqətinə çatdırıram”.

Qeyd edək ki, ermənilər uzun illərdir ki 1915-ci ildə onlara qarşı soyqırımı törədilməsi iddiası ilə çıxış edirlər.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi