hia.az
hia.az

Azərbaycan Kuboku: 11-ci dəfə finala yüksələn “Qarabağ” “Neftçi”yə çatıb

112 dəfə baxılıb 25-04-2024, 08:54

Azərbaycan Kuboku: 11-ci dəfə finala yüksələn “Qarabağ” “Neftçi”yə çatıb


Azərbaycan Kubokunda 11-ci dəfə finala vəsiqə qazanan “Qarabağ” turnirin rekordunu təkrarlayıb.

Bunadək yalnız “Neftçi” 11 həlledici görüşdə oynayıb.

“Köhlən atlar” əvvəlki 10 finalda 7 dəfə kuboku başı üzərinə qaldırıb.

1993, 2005/2006, 2008/2009, 2014/2015, 2015/2016, 2016/2017 və 2021/2022 mövsümlərində turnirin qalibi olan Qurban Qurbanovun yetirmələri üç dəfə (1995/1996, 1997/1998, 1999/2000) həlledici matçda büdrəyib.

“Zirə” isə hərəyə 2 dəfə yarımfinalı adlayan klublara çatıb. Buna “Kür-Nur”, “Şəmkir” və “Sumqayıt” nail olub.

Ümumilikdə isə tarix ərzində 18 komanda finalda iştirak edib: “Neftçi”, “Qarabağ” – 11, “İnter” (indiki “Şamaxı”) – 6, “Xəzər Lənkəran”, “Qəbələ” – 5, “Kəpəz” – 4, “Bakı” – 3, “Kür-Nur”, “Şəmkir”, “Sumqayıt”, “Zirə” – 2, “İnşaatçı”, “Şəfa”, “Xəzri”, “MKT-Araz”, “Karvan”, “Xəzər” (Lənkəran), “İnşaatçı” (Sabirabad) – 1 dəfə.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi