hia.az
hia.az

Rusların aeroportdan çıxarılması çirkin manipulyasiyadır - Mamicanyan

89 dəfə baxılıb 1-03-2024, 15:22


"Ermənistan rəhbərliyinin Rusiya sərhədçilərinin İrəvandakı Zvartnots aeroportundan çıxarılması ilə bağlı söhbəti çirkin manipulyasiyadır".

Bunu Ermənistan parlamentinin müxalif “Şərəfim var” fraksiyasının rəhbəri Hayk Mamicanyan jurnalistlərə bildirib.

O əlavə edib ki, hakimiyyətdən fərqli olaraq, sərhədçilərin hansı əsasda yerləşdirildiyini yaxşı başa düşür:

"Bu, xarici Avrasiya sərhədi və KTMT-nin xarici sərhədidir".

Qeyd edək ki, Ermənistan hakimiyyətinin təmsilçiləri müxtəlif səviyyələrdə Rusiya sərhədçilərinin hava limanından çıxarılmasının zəruriliyi barədə danışıblar.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi