Prezident səfərlərdə xanımının çəkdiyi videolardan danışdı
“Bu, bilirsiniz, elə öz-özünə yarandı, təbii yarandı. Biz bunu planlaşdırmırdıq”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Anadolu Agentliyinə müsahibəsində jurnalistin azad edilən bölgələrə səfər zamanı görüntülərin birinci xanım Mehriban Əliyeva tərəfindən çəkilməsi ilə bağlı verdiyi suala cavabında deyib.
Dövlət başçısı bildirib ki, ilk dəfə Şuşaya gedəndə Bakıdan səhər çıxıblar: “Çünki o zaman yol çox uzaq idi. Biz Füzulidən Şuşaya Zəfər yolu ilə təqribən 3 saata getmişdik, özü də yollar qarlı idi, buz bağlamışdı. Ona görə səhər erkən çıxmışdıq, hələ qaranlıq idi və hava işıqlandıqca çox gözəl mənzərə yarandı. Mehriban xanım onu öz telefonu ilə çəkməyə başladı və məni də çəkdi. Mən də dedim ki, yolumuz Şuşayadır və bundan başladı.