hia.az
hia.az

“Formula 1”: Azərbaycan Qran-prisi üçün bilet satışı başladı

98 dəfə baxılıb 20-02-2024, 09:16



Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti “Formula 1” “Qatar Airways” Azərbaycan Qran-prisi üçün “early bird” erkən bilet satışına start verib.

Azarkeşlər seçilmiş tribunalara 20 faizədək endirim fürsətindən eksklüziv olaraq “Baku City Circuit” mobil tətbiqi üzərindən faydalana biləcəklər.

Kampaniya martın 5-dək davam edəcək. Azarkeşlərə 3 günlük tribuna biletləri ilə yanaşı, Pit zolağı gəzintisi bileti də təqdim ediləcək.

Bundan əlavə, mobil tətbiq vasitəsilə istifadəçilər yarışın nəticələri, yarış həftəsində keçiriləcək əyləncə proqramları və trekətrafı yolların açılması və bağlanması ilə bağlı bildirişləri ilk əldə edəcəklər.

Qeyd edək ki, Azərbaycanın 8-ci dəfə ev sahibliyi edəcəyi “Formula 1” Qran-prisi sentyabrın 13-15-də baş tutacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
MƏZƏNNƏ
 Valyuta məzənnəsi