hia.az
hia.az

Yeni silahları bu ölkələrdən alırıq - Xaçatryan

105 dəfə baxılıb 12-02-2024, 15:49


Bu gün Ermənistanın təkcə Hindistan və Fransa ilə deyil, həm də hərbi-texniki sahədə ciddi irəliləyişlər əldə etmiş digər dövlətlərlə əməkdaşlıq edir və silahların alınması ilə bağlı çox ciddi razılaşmaları var.

Bunu Ermənistanın hakim "Mülki müqavilə" fraksiyasının deputatı Armen Xaçatryan deyib.

“Biz ultra-müasir sayıla bilən, ən azı dördüncü və beşinci nəsil silahlar alırıq. Biz istifadə edilmiş silahları almayacağıq. Yəni müasir müharibələrin taktikasını öyrənməklə həm də ciddi təhlilimiz var və 44 günlük müharibənin acı təcrübəsindən artıq bilirik ki, hansı silahlara ehtiyac var. Və biz təbii ki, bu silahlara sahib olan və onları bizə satmağa hazır olan ölkələrlə əməkdaşlıq edirik”, - Xaçatryan bildirib.

Qeyd edək ki, bundan öncə Xaçatryan 4 və 5-ci nəsil ultra-müasir silahları Ermənistanın da istehsal etdiyini bildirmişdi.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi