hia.az
hia.az

Qazla dolu yük maşını partladı - 3 ölü, 200-dən çox yaralı

93 dəfə baxılıb 2-02-2024, 12:37

Qazla dolu yük maşını partladı - 3 ölü, 200-dən çox yaralı


Keniyanın paytaxtı Nayrobidə qazla dolu yük maşınının partlaması nəticəsində azı 3 nəfər həlak olub, 200-dən çox insan isə yaralanıb.

Yanğın cümə axşamı Embakasi məhəlləsində baş verib.

Hökumət sözçüsü İsaak Mayqua Mvaura bildirib ki, yanğın yayılana qədər ətraf ərazilərdə xeyli sayda sakin olub. Hadisənin baş verdiyi ərazinin ətrafında olan çox sayda avtomobillər, yaşayış evləri, iş yerləri yanğın alovuna bürünüb. "Partlayış gecə saatlarında olduğu üçün xeyli sayda sakin hələ də ərazidədir. 222 nəfər paytaxtdakı müxtəlif xəstəxanalara çatdırılıb", - deyə o bildirib.

Hazırda yanğının qarşısı alınsa da, yanğınsöndürənlər, xilasetmə qrupları və polis ərazidə dağıntılar altında qalan insanların axtarışını davam etdirir.

Partlayışın səbəbi məlum deyil.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi