hia.az

Bakının bu hissəsində "Hibrid Yaşıl Dəhliz" yaradılacaq

81 dəfə baxılıb 13-01-2024, 15:33

Bakının bu hissəsində "Hibrid Yaşıl Dəhliz" yaradılacaq

Hibrid Yaşıl dəhlizlər çoxfunksiyalı olacaqlar. Burada təkcə yaşıllıq nəzərdə tutulmur, insanların piyada hərəkəti, velosiped zolaqları təşkil olunur. Bu dəhlizlər vasitəsilə nəqliyyat və mühəndis kommunikasiyalarının ötürülməsi nəzərdə tutulur.

Bunu müsahibəsində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatov deyib.

"Dənizkənarı Milli Parkdan "Port Baku"nun yerləşdiyi ərazidən başlayaraq ADA universitetinin ərazisinə qədər uzanan bir yaşıl dəhlizin yaradılması Baş Planda nəzərdə tutulur. Bu dəhlizdə paytaxt sakinlərinin istirahətini, əyləncəsini təşkil edən çoxlu sayda funksiya olacaq. Həmçinin oradan tramvay xəttinin keçirilməsi də planlaşdırılır. Digər istiqamətlər üzrə də Hibrid Yaşıl dəhlizlərin yaradılması planlaşdırılır, xüsusilə magistral avtomobil yolları boyu belə dəhlizlər nəzərdə tutulur”, - deyə sədr müavini əlavə edib ( Trend)


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi