hia.az
hia.az

Kiberdələduzlar bu qurumun adından saxta portal yaratdı

16 dəfə baxılıb 12-12-2023, 15:23

Kiberdələduzlar bu qurumun adından saxta portal yaratdı


Elektron Təhlükəsizlik Xidməti tərəfindən aparılan araşdırmalar nəticəsində kiberdələduzların dövlət orqanlarına və müəssisələrə qarşı saxta e-poçt fişinq kampaniyası həyata keçirdiyi müəyyən olunmuşdur.

Parlametinsesi.az Elektron Təhlükəsizlik Xidmətinin (ETX) yaydığı məlumata istinadən xəbər verir ki, kiberdələduzlar tərəfindən Dövlət Vergi Xidmətinin veb-saytına oxşar saxta portal yaradılaraq bu proses həyata keçirilir. Nəticədə dələduzlar müəssisələrin və dövlət orqanlarının e-poçt ünvanlarına yaradılmış saxta keçidi göndərərək, zərərli faylın yüklənməsini təmin edirlər.

Elektron Təhlükəsizlik Xidməti qurumlardan bu kimi hallara qarşı diqqətli olmağı, tanımadıqları mənbədən gələn keçidlərə daxil olmamağı və rəsmi məlumatları yalnız etibarlı mənbələrdən əldə etməyi tövsiyə edir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi