hia.az
hia.az

“Azərbaycan bunu edəndə fərqli reaksiya ilə üzləşir”

69 dəfə baxılıb 20-09-2023, 10:47

“Azərbaycan bunu edəndə fərqli reaksiya ilə üzləşir”


ABŞ-nin Hərbi Dəniz Donanması Ali Məktəbinin professoru, xarici siyasət üzrə ekspert Brenda Şafer ABŞ mediasının və analitik mərkəzlərinin postsovet məkanında qeydə alınan müxtəlif geosiyasi münaqişələrlə bağlı mövqeyini şərh edib.

Brenda Şafer bununla bağlı “X” hesabında paylaşım edib.

“Ukrayna Rusiya qoşunlarını öz ərazisindən çıxarmaq uğrunda mübarizə apardıqda ABŞ mediasının reaksiyası “Yaşasın Ukrayna!” şəklindədir. Gürcüstandakı münaqişədə də yanaşma oxşardır”, - deyə Şafer qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanın 10 min erməni hərbçinin öz ərazisindən çıxarılmasını təmin etməyə çalışdığı Ermənistanla münaqişəyə gəldikdə isə reaksiya tamam fərqlidir. O bildirib ki, ABŞ mediası sözügedən məsələdə “Azərbaycanı dayandırmaq lazımdır” reaksiyası nümayiş etdirir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi