hia.az

Bu ölkə rus qazı üçün fantastik məbləğ ödəyəcək

211 dəfə baxılıb 5-10-2022, 14:20

Bu ölkə rus qazı üçün fantastik məbləğ ödəyəcək


Macarıstan bu qış “Qazprom”a təxirə salınmış ödəniş istisna olmaqla, Rusiya qazı üçün ən azı 4 milyard avro ödəməli ola bilər.

Bu barədə “Blumberq” məlumat yayıb.

“Macarıstan, təxirə salınmış məbləği nəzərə almasaq, Avropada qış dövründə Rusiya qazı üçün təxminən 4 milyard avro və ya daha çox pul ödəməli ola bilər”, - deyə bildirilib.

Qeyd edək ki, Budapeştin təxminən 1,9 milyard avro məbləğində üç illik gecikmiş ödənişi var.

Macarıstanın MVM şirkəti qiymətlərin kəskin dəyişməsi səbəbindən “Qazprom” ilə qazın ödənişini təxirə salmaq barədə müqavilə bağladığını bildirmişdi.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi