hia.az

Xarkovun mərkəzi raketlə VURULDU

164 dəfə baxılıb 27-08-2022, 14:19

Xarkovun mərkəzi raketlə VURULDU


"Bu gecə ruslar Xarkova hücum ediblər. Düşmənin şəhər mərkəzinə hücumları nəticəsində bir qadın yaralanıb"

Bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının sədri Oleq Sinegubov öz Telegram səhifəsində məlumat verib.

"Bu gecə ruslar Xarkov şəhərinin mərkəzinə raket zərbəsi endiriblər. Təxminən gecə saat 02:00 radələrində Kiyevski və Osnovyanski rayonlarında yola iki raket düşüb. Ətrafdakı evlərə ziyan dəyib. Osnovyanski rayonunda parçaların birinin mənzilə düşməsi nəticəsində bir qadın yaralanıb".

Sinegubov həmçinin vurğulayıb ki, qəza baş verən yerlərdə axtarış-xilasetmə əməliyyatları davam edir.

Məlumat dəqiqləşdirilir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi