hia.az

“Yaxşı perspektivlər görürəm” - Pezeşkian

27 dəfə baxılıb 25-02-2026, 17:49

“Yaxşı perspektivlər görürəm” - Pezeşkian

İran Prezidenti Məsud Pezeşkian nüvə məsələsi ilə bağlı Vaşinqtonla aparılan danışıqlarda müsbət irəliləyişlərin olduğunu bildirib.

Ölkə başçısı bu barədə İran Dövlət Televiziyasına (IRIB) müsahibəsində danışıb.

“Bu məsələdə yaxın gələcək üçün yaxşı perspektivlər görürəm”, – deyə o söyləyib.

Qeyd edək ki, ABŞ və İran nümayəndə heyətləri arasında danışıqların növbəti raundu sabah Cenevrədə baş tutacaq. Omanın vasitəçiliyi ilə keçiriləcək görüşdə tərəflər arasında gərginliyi azaldacaq konkret şərtlərin müzakirə ediləcəyi gözlənilir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi